AQTA əməkdaşları Lənkəranda sahibkarlarla görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları maarifləndirmə tədbirləri çərçivəsində Lənkəranda Agentliyin 6 saylı regional bölməsinin əhatə etdiyi inzibati rayonların ərazisində fəaliyyət göstərən qida sahəsində çalışan sahibkarlıq subyektləri ilə görüş keçirib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları maarifləndirmə tədbirləri çərçivəsində Lənkəranda Agentliyin 6 saylı regional bölməsinin əhatə etdiyi inzibati rayonların ərazisində fəaliyyət göstərən qida sahəsində çalışan sahibkarlıq subyektləri ilə görüş keçirib. "OLAYLAR"-a Agentlikdən bildirilib ki, görüşdə sahibkarlara qida təhlükəsizliyi üzrə qeydiyyat prossesi izah olunub.

Tədbir iştirakçılarının şikayət və təklifləri dinlənilib, həmçinin sahibkarlar tərəfindən ünvanlanan suallara aydınlıq gətirilib. Sonda Agentliyin hazırladığı maarifləndirici materiallar iştirakçılara təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31