Şirvan şəhərinə içməli su məhdudiyyətlə veriləcək

Noyabrın 23-ü gün ərzində Şirvan şəhərinin bir hissəsinə (Təzə şəhər və bağ massivi ərazilərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.  Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31