Qazaxıstanla qıda təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında olan Fövqəladə və Səlahiyyətli Səfiri Beybit İsabayev ilə görüşüb.  "OLAYLAR"-a Agentlikdən bildirilib ki, görüşdə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanlarımüzakirə edilib. Q. Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər barədə Beybit İsabayevə  məlumat verib və qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərdən danışıb.  Səfir Beybit İsabayev isə ölkəsininAzərbaycan ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə  diri atların, ət məhsullarının Qazaxıstan Respublikasına ixracı,  İki ölkə asında "Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq" üzrə saziş layihəsinin hazırlanması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31