Masallı rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib
Noyabrın 21-də Masallı rayonunun Tatyanoba və Güllütəpə kəndlərinə ilk dəfə təbii qaz verilib.
21 Noyabr 2018 20:51 İqtisadiyyatNoyabrın 21-də Masallı rayonunun Tatyanoba və Güllütəpə kəndlərinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu məqsədlə keçirilən tədbirlərdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 784 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 804 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 37 072 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.