UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlığa başlayır
UNEC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Olaylar.az bildirir ki, sənədin imzalanmasında məqsəd tərəflər arasında faydalı əlaqələrin genişləndirilməsi, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin meydana çıxmasına, biznes subyektlərinin maarifləndirilməsinə, UNEC-in elmi araşdırma mərkəzləri tərəfindən biznes üçün tədqiqat və təhlillərin aparılması barədə birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin həyata keçirilməsini nəzərdə tutur.
21 Noyabr 2018 15:10 İqtisadiyyatUNEC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Olaylar.az bildirir ki, sənədin imzalanmasında məqsəd tərəflər arasında faydalı əlaqələrin genişləndirilməsi, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin meydana çıxmasına, biznes subyektlərinin maarifləndirilməsinə, UNEC-in elmi araşdırma mərkəzləri tərəfindən biznes üçün tədqiqat və təhlillərin aparılması barədə birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Tədbir çərçivəsində UNEC rektoru, professor Ədalət Muradov praktika ilə bağlı olmayan elmi araşdırmaların əhəmiyyətini itirmiş olduğunu vurğulayıb. Tələbələrin elmi biliklərlə yanaşı praktiki vərdişlərə yiyələnməsinin zəruriliyini qeyd edən rektor biznesin, real bazar mühitinin tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasının vacibliyini qeyd edib. Rektor UNEC-in KOBİA-nın "beyin mərkəzi" funksiyasını yerinə yetirməyə hazır olduqlarını bildirib.
Tədris və təlim imkanlarına toxunan rektor burada eyni zamanda 10 min tələbəyə onlayn təhsil verməyə qadir olan "UNEC Extern" mərkəzinin fəaliyyət göstərdiyini bildirdi. İş adamları öz müəssisəsini tərk etmədən onları maraqlandıran sahə üzrə "UNEC Extern" vasitəsi ilə təlim keçərək, zəruri bilik və bacarıqlara yiyələnə bilərlər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, müəssisənin vəzifələrinin icrasının elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslandığını bildirdi. Bu istiqamətlər bir çox sahələri əhatə etməklə sahibkarlıq ideyasının təbliği, sahibkarların maarifləndirilməsindən başlayaraq, qabaqcıl dəstək modellərinin istifadə imkanlarının araşdırılması, ölkənin innovativ potensialının reallaşdırılmasına qədər olan böyük spektri əhatə edir.