UNEC və “Absheron Hotel Group” arasında turizm sahəsi üzrə əməkdaşlıq

UNEC ilə "Absheron Hotel Group" arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd UNEC rektoru, professor Ədalət Muradov və "Absheron Hotel Group"un direktoru Georg Kobos tərəfindən imzalayıb.

Olaylar.az bildirir ki, UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı universitetin prioritet istiqamətlərdən biri kimi məhz real sektorla ciddi və faydalı əlaqələrin qurulmasının vacibliyindən bəhs edib. "Absheron Hotel Group" direktoru Georg Kobos UNEC ilə uzunmüddətli və effektiv əməkdaşlığın qurulmasında maraqlı olduqlarını qeyd edib. Real sektorun nümayəndəsi kimi təhsil sahəsinə dəstək göstərməkdən məmnunluğunu ifadə edən G.Kobos, hazırda turizm sektorunun bir çox istiqamətləri üzrə kadrlara ehtiyac duyulduğunu ifadə edib.

Tədbirdə "Absheron Hotel Group" haqqında təqdimat nümayiş etdilib.

Memorandumun əsas məqsədi Azərbaycanın daim artan turizm potensialına insan resursları istiqamətində töhfə qazandırmaq, birgə fəaliyyət sayəsində peşəkar mütəxəssislərin hazırlanmasını həyata keçirməkdir. Əməkdaşlıq çərçivəsində turizm və otelçilik ixtisası üzrə tədrisin müasir bazar şərtlərinə uyğunlaşdırılması, tələbələrin real iş mühiti ilə tanış olması, turistlərlə münasibətlərin qurulmasında praktiki bilik və bacarıqların qazanılmasına dəstək göstəriləcək. Turizm və otelçilik sənayesinin çoxşaxəliliyini nəzərə alaraq, tələbələrin karyera planlamalarında müvafiq mentorluq məsləhəti veriləcək.

Əməkdaşlığın digər istiqaməti isə tələbələrə gələcəkdə yeni iş imkanları yaradan istehsalat təcrübənin təşkilinə dəstək göstərməkdir. Bu məqsədlə UNEC-in tələbələri təcrübə müddətində otellərdəki iş prosesinə qatılmaqla praktiki biliklərini artırmış olacaqdır. Həmçinin, UNEC-in Zaqatala filialında turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin şirkətin regional otellərində təcrübəyə və işə cəlb edilməsinə şərait yaradılacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31