Paytaxtın bəzi ərazilərinə təbii qaz məhdudiyyətlə veriləcək

Noyabrın 20-də gün ərzində Xətai rayonu, Xocalı, Nobel, Babək prospektləri, UPD qəsəbəsi, Yusif Səfərov, Sabit Orucov, Fəzail Bayramov küçələrinin eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı “Azəriqaz” İstehsalat Birliyi yayıb. Bildirilib ki, görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə,Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Noyabrın 20-də gün ərzində Xətai rayonu, Xocalı, Nobel, Babək prospektləri, UPD qəsəbəsi, Yusif Səfərov, Sabit Orucov, Fəzail Bayramov küçələrinin eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azəriqaz" İstehsalat Birliyi yayıb. Bildirilib ki, görülən zəruri təmir işlərinin Yeni Yasamal yaşayış massivi, Şərifzadə,Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Təbii qazın verilməsində yaranacaq məhdudiyyətlər Xətai rayonu Ağ şəhər ərazisində yeni çəkilmiş  diametri  400 mm-lik polietilen orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə  birləşdirilməsi və Binəqədi rayonu Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində ayrılan yeraltı diametri 159 mm-lik orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Zahid Qəmbərov küçəsində yeni çəkilmiş diametri 315 mm-lik polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədardır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31