Energetik içkilər və elektron siqaretlər vergiyə cəlb olunacaq

Energetik içkilərin və elektron siqaretlərin vergiyə cəlb olunması məsələsi gündəmdədir. “Olaylar” xəbər verir ki, bunu vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında deputatların energetik işçilərin, tütün məmulatlarının və alkoqollu içkilərin aksiz vergisinə cəlb edilməsi ilə bağlı suallarını cavablandırarkən deyib.

Energetik içkilərin və elektron siqaretlərin  vergiyə cəlb olunması məsələsi gündəmdədir. "Olaylar"  xəbər verir ki, bunu  vergilər nazirinin  birinci müavini Sahir Məmmədxanov Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında deputatların energetik işçilərin, tütün məmulatlarının və alkoqollu içkilərin aksiz vergisinə cəlb edilməsi ilə bağlı suallarını cavablandırarkən deyib. O, eyni zamanda  vurğulayıb  ki, alkoqollu içkilərə minimum qiymətin tətbiq olunması məsələsi də müzakirə olunmaqdadır: "Əksər enerji içiləri   1 manatdan satılır. Onun içərisində elə aksiz vergisi 1 manatdan çoxdur. Ona görə də bu məsələlər rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31