“Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda Respublika elmi konfrans
15 Noyabr 2018 13:11 İqtisadiyyatUNEC-də "Azərbaycanın iqtisadi inkişaf strategiyası" mövzusunda Respublika elmi konfransı keçirilib. Ümummilli Lider Heydər Əliyevin büstünün ziyarəti ilə başlamış tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, AMEA-nın həqiqi üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, "İnformasiya iqtisadiyyatı və texnologiyaları" kafedrasının müdiri, akademik Əli Abbasov və Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov məruzəçi qismində iştirak ediblər.
"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritə"ləri ətrafında maraqlı məruzələrin yer aldığı tədbiri giriş sözü ilə UNEC rektoru, professor Ədalət Muradov açıb. AkademikZiyadSəmədzadə çıxışında ÜmumilliliderinHeydər Əliyevinhakimiyyətə gəldikdənsonraəsasını qoyduğuistisadiislahatlar, "ƏsrinMüqaviləsi"ninimzalanması, ölkəninbeynəlxalqlayihələrə qoşulması, torpaqislahataları,müxtəlifsahələrdə quruculuqişlərivə Prezident İlham Əliyevtərəfindənbusiyasətinuğurludavametdirilməsiməsələləri ətrafındafikirləriilə bölüşüb.
Növbəti məruzəçi "İnformasiya iqtisadiyyatı və texnologiyaları" kafedrasının müdiri, akademik Əli Abbasov müasir dövrdə iqtisadi kateqoriyaların virtuasllaşması, virtual iqtisadiyyat, virtual məhsul kimi yeni anlayışlar barədə danışaraq, bu sahədə ölkənin böyük potensiala sahib olduğunu bildirdi.
Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov məruzəsində "Strateji yol xəritəsi kontekstində "Elm, təhsil və biznes formatlı universitetlər: müasir çağırışlar fonunda yeni trendlər" kimi mövzulara toxunub. Sonda yekun çıxışında UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanın milli inkişaf strategiyasına həsr edilmiş xüsusiləşdirilmiş nəşrin hazırlanması barədə göstəriş verərək Azərbaycan Dövlət İqtisad Universitetinin bu iqtiqamətdə ciddi töhfələr verə bilmə potensialına sahib olduğunu bildirdi.
Tədbir panel müzakirələri formatında davam edib.