Ölkədə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi sahibkarlıq mühitinin inkişafına gətirib çıxarıb

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, bu istiqamətdə görülən tədbirlərin müsbət nəticələnməsini şərtləndirən başlıca amillərdən biri də ölkədə normal sahibkarlıq mühitinin yaradılması, istər yerli, istərsə də xarici iş adamlarına ölkəmizə sərmayə yatırmaq üçün əlverişli şəraitin yaradılmasıdır.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, bu istiqamətdə görülən tədbirlərin müsbət nəticələnməsini şərtləndirən başlıca amillərdən biri də ölkədə normal sahibkarlıq mühitinin yaradılması, istər yerli, istərsə də xarici iş adamlarına ölkəmizə sərmayə yatırmaq üçün əlverişli şəraitin yaradılmasıdır.  Məhz qeyd etdiyimiz tendensiya bu istiqamətdə ildən-ilə müsbət nəticələrin əldə edilməsinə imkan yaradır.  Bu birmənalıdır ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi kimi dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması sağlam sahibkarlıq mühitinin inkişafına gətirib çıxarıb. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar dalğasının növbəti mərhələsi kimi qida sahəsində fəaliyyət göstərən hər bir sahibkarlıq subyektinin prosesdə iştirakını təmin etməklə, onların öz fəaliyyətlərini müasir tələblərə uyğun şəkildə həyata keçirmələri üçün hərtərəfli dəstək göstərməkdədir. Belə ki, Agentlik fəaliyyətə başladığı ilk gündən etibarən qida sahəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi olaraq görüşlər keçirir, sahibkarları narahat edən problemlər öyrənilir və onların həlli birgə müzakirə olunur. Bu görüşlərin həyata keçirilməsində əsas məqsədlərdən biri də bu sahədə şəffaflığın təmin olunması, korrupsiya hallarına qarşı birgə mübarizə və neqativ halların aradan qaldırılmasıdır.  Bu istiqamətdə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birlikdə həyata keçirilən silsilə tədbirlər nəticəsində, Agentliyin yerlərdə fəaliyyət göstərən bir sıra əməkdaşları ilə yanaşı, qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs ifşa edilmiş və hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, əhalinin sağlam və təhlükəsiz qidalanması, rifahının təmin olunması istiqamətində dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş tapşırıqların qüsursuz olaraq yerinə yetirilməsi üçün bundan sonra da aidiyyəti orqanlarla birlikdə qətiyyətli addımlar atılacaq və neqativ, pozucu fəaliyyətlə məşğul olan şəxslərin qanunun ən sərt üzü ilə rastlaşması üçün zəruri tədbirlər görüləcək.

"Qida təhlükəsizliyi" anlayışının və fəaliyyət sahəsinin ölkəmizdə yeni formalaşdığını, eyni zamanda əhalinin sağlamlığının təmin olunmasında daha həssas və strateji əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Agentlik prosesdə iştirak edən bütün tərəfləri, sahibkarları, istehlakçıları və aidiyyəti dövlət orqanlarını öz funksyalarına uyğun olaraq fəaliyyətlərini daha da gücləndirməyə, iş adamlarını, vətəndaşları sosial məsuliyyətdən irəli gələn əsil vətəndaş mövqeyi ortaya qoymaqla, hər hansı neqativ hallarla bağlı dərhal Qida Təhlükəsizliyi Agentliyin "1003 Qaynar xətti"nə və hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırır.

Agentlikdən o da bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli, 1890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrası, eyni zamanda bu sahəyə göstərilən dəstək və qayğı nəticəsində, üzümçülük və şərabçılıq üzrə yeni nailiyyətlər əldə olunmaqdadır. Ölkədə üzümçülüyün və şərabçılığın inkişafını stimullaşdırmaq məqsədi ilə əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı" təsdiq edilib. Qeyd olunan sahədəki inkişaf ölkəmizin sürətlə artan ixrac potensialına da öz müsbət təsirini göstərməkdədir. Hazırda Azərbaycan şərabları dünyanın bir çox ölkələrinə ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, Kanada, İsveç, Hindistan, Vyetnam, Çin, Yaponiya, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Baltikyanı ölkələrə ixrac edilir. İxrac edilən şərab məhsullarının qida təhlükəsizliyi təminatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında həyata keçirilən təhlillərin nəticəsinə uyğun olaraq verilir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional 1 Saylı Sınaq Laboratoriyası şərab məhsulları üzrə ölkənin ixtisaslaşmış və qabaqcıl laboratoriyasıdır. Laboratoriyanın şərab sektoru ən son standartlara uyğun şəkildə qurulub. Laboratoriya Yaponiya, Amerika, Fransa və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunub, həmçinin, şərab sektorunun mütəxəssisləri xarici və yerli təlimlərdə iştirak edərək bu sahə üzrə ixtisaslaşıblar.

Laboratoriyada şərab məhsullarının 20-dən çox göstəricisi Beynəlxalq Şərab Təşkilatının (OİV) üsulları əsasında təhlil edilir. 2016-cı ildə şərab məhsulları üzrə 15 üsul Latviyanın "Latak" Milli Akkreditasiya Bürosu tərəfindən akkreditə olunub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Fransanın "BİPEA" şirkəti ilə müqavilə bağlayıb və əməkdaşlıq çərçivəsində hər ay 180-nə yaxın laboratoriya ilə müqayisəli sınaqlar aparılaraq, 20 göstərici üzrə müqayisəli təhlildən 17-si "BİPEA"nın nəticələrinə uyğun gəlib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriya işi keyfiyyətinin daha da artırılması və beynəlxalq akkreditasiyanın həyata keçirilməsi üçün "BİPEA" ilə müqayisəli təhlillərin davam etdirilməsi və sınaq üsullarının sayının artırılmasını nəzərdə tutur.

Füzuli              

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31