Braziliyada diplomatik yarmarkada – “Made in Azerbaijan”
14 Noyabr 2018 12:08 İqtisadiyyatAzərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı Səfirliyi, paytaxt Braziliya şəhərində xeyriyyə məqsədi ilə illik keçirilən diplomatik yarmarkada iştirak edib.
Səfirlikdən Olaylar.az -a bildirilib ki, yarmarkada, səfirliyin güşəsində "Made in Azerbaijan" brendi altında istehsal edilən məhsullar, Azərbaycanın mədəniyyəti, adət ənənələrinə dair müxtəlif suvenirlər, kiçik xalçalar, eləcədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, həmçinin ölkəmizə aid müxtəlif təbliğat materiallar sərgilənmiş və paylanılmışdır. Tədbir çərçivəsində qonaqlar, həmçinin milli mətbəximizin nümunələri ilə tanış olmaq imkanı qazanıblar.
Səfirliyin güşəsi geniş ictimaiyyətin marağına səbəb olmuş və yarmarka haqqında məlumat yerli mediyada geniş işıqlandırılmışdır.
Qeyd edək ki, ənənəvi keçirilən bu yarmarka Braziliyada böyük məhşurluq qazanmış və gün ərzində bu tədbiri minlərlə insan ziyarət edib.