Yükdaşıma tarifləri ucuzlaşıb, sərnişindaşıma isə bahalaşıb

2013-cü ilin yanvar ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 4,1 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 1,7 faiz bahalaşıb. Bu barədə Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,  
dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi tranzit üzrə 11,3 faiz, yerli əlaqə üzrə 1,9 faiz, idxal üzrə 1,2 faiz ucuzlaşıb, ixrac üzrə isə 0,7 faiz bahalaşıb. Ay ərzində MDB ölkələrinə sərnişindaşıma tarifləri 19,9 faiz ucuzlaşıb. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 1,1 və 8,3 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 12,1 faiz bahalaşıb. Avtomobil nəqliyyatında bir saatlıq işə görə yükdaşıma tarifləri 19,3 faiz, beynəlxalq əlaqədə işəmuzd yükdaşıma tarifləri 4,1 faiz ucuzlaşmış, sərnişindaşıma tarifləri isə 13,6 faiz bahalaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31