Azərbaycanın “Doing Business” hesabatındakı mövqeyi müzakirə edildi

UNEC-də Azərbaycanın “Doing Business” hesabatındakı mövqeyi ilə əlaqədar elmi seminar keçirilib. Olaylar.az bildirir ki, seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri, iqtisad üzrə elmlər doktoru Ramil Hüseyn, Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul işçiləri və UNEC-in professor və müəllimləri iştirak ediblər.

UNEC-də Azərbaycanın "Doing Business" hesabatındakı mövqeyi ilə əlaqədar elmi seminar keçirilib. Olaylar.az bildirir ki, seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri, iqtisad üzrə elmlər doktoru Ramil Hüseyn, Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul işçiləri və UNEC-in professor və müəllimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov açaraq "Doing Business" hesabatı haqqında qısa məlumat verdi. İAETİ-nin elmi katibi Rafail Rzayev "Azərbaycanın "Doing Business 2019" hesabatındakı mövqeyinin müqayisəli təhlili" mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda "Doing Business" hesabatı haqqında məlumat verilib, Azərbaycanın bu hesabatdakı mövqeyi qonşu ölkələrlə müqayisəli şəkildə, ayrı-ayrı indikatorlar üzrə dəyişikliklər nəzərə alınmaqla ətraflı təhlil olunub. Seminarda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri, iqtisad üzrə elmlər doktoru Ramil Hüseyn Azərbaycanın beynəlxalq reytinqlərə mövqeyinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlərdən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31