Ukraynada azərbaycanlılar ilk dəfə yolları təmir edəcək

Ukraynanın "Ukravtodor" şirkəti ilə Azərbaycanın "AzVirt" şirkəti arasında Kiyev ərazisindəki 80 kilometr uzunluğunda olan Kopti nəqliyyat qovşağında yolun əsaslı təmiri ilə bağlı müqavilə imzalanıb. 

Bununla bağlı "Ukravtodor" şirkəti məlumat yayıb. 

Müqavilənin ümumi dəyəri 131,5 milyon avro, işlərin icra müddəti 730 gündür. 

Əsaslı təmir işləri Avropa Yenidənqurma və İnkişaf Bankının və Avropa İnvestisiya Bankının kredit vəsaitləri hesabına həyata keçiriləcək. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31