Azərbaycanın ixrac missiyası Bolqarıstana gedib
6 Noyabr 2018 18:43 İqtisadiyyat"Made in Azerbaijan" brendin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası 6 noyabr tarixində Bolqarıstanın Sofiya şəhərinə yola düşüb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, missiyaya qida məhsulları, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 25 yerli şirkətin nümayəndəsi daxildir. İxrac missiyası çərçivəsində Azərbaycan ixracatçıları görüşlər keçirəcək, ixrac məsələlərinə dair müzakirələr aparacaqlar. Bolqarıstana təşkil olunan ixrac missiyası 6-9 noyabr tarixlərini əhatə edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31