Regional proqramlar bölgələrdə əhalinin elektrik enerjisi ilə təminatında müsbət rol oynayıb

Artıq 14 ildir ki, uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə bütün istiqamətlərdə inkişafa, tərəqqiyə yol açıb. Hər bir sahə kimi əhalinin kommunal problemlərinin həlli istiqamətində də Dövlət Proqramları çərçivəsində bir çox işlər görülüb, tədbirlər həyata keçirilib. Xüsusilə regional proqramlar çərçivəsində əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib.  

Belə ki, Regional Proqramların 2014-2018-ci illəri əhatə edən üçüncü mərhələsində də "Azərişıq" ASC ölkənin bütün regionlarında apardığı tikinti, yenidənqurma, bərpa işlərini Mərkəzi-Aran regionunda da davam etdirib.  Dövlət Proqramı çərçivəsində görülən işlər nəticəsində Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələr yenidən qurulub. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye və digər inkişafda olan iqtisadi obyektlərin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin birinci rübündə ciddi işlər görülüb və hazırda da görülməkdədir.

Tərtər rayonunda 110/35/6 kv-luq "Tərtər",  Ağdaş rayonunda isə 110/35/10 kv-luq "Ağdaş"yarımstansiyası tikilərək  tam yenidən qurulub və hazırda sözügedən ərazilərdə ciddi iş aparılır.

Mingəçevir  Elektrik Şəbəkəsinin xidməti  ərazisində isə  35/6 kV-luq "Yeni Mingəçevir" yarımstansiyası tikilərək istifadəyə verilib. Eyni zamanda "Yeni Mingəçevir" yarımstansiyasını qidalandırmaq üçün yüksək gərginlikli 35 kv-luq 2 dövrəli yeraltı kabel və 6 kv-luq 2 dövrəli hava xətti çəkilib. Bundan başqa şəhər istiqmətində 6 kV-luq 2 hava xətti yenidən qurulub, 2 hava xəttində isə yenidənqurma işləri həyata keçirilib.

Yevlax rayonunda da "Yeni Mingəçevir" yarımstansiyasından qidalanan 6 kv-luq Mingəçevir şəhəri ətrafında yerləşən kəndləri qidalandıran 14 və 54 saylı hava xətləri yenidən qurulub, yeni 2 dövrəli hava xətti çəkilib. Həmin xətlərin üzərində olan Havarlı, Bəydilli, Hacıselli, Marzılı, Gülövşə, Əkşəm, A.Bucaq , Yenicə, Aşağı Salambad, Yuxarı Salamabad və Əcəmi kəndlərində köhnə 0.4 kv-luq hava xətləri ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) kabellərlə əvəz olunub və bu ərazilərdə 43 ədəd yeni KTM (Komplekt Transformator Məntəqəsi) quraşdırılıb. O cümlədən rayonun Qaraməmmədli və Meyvəli kəndlərində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə yenidən qurulub.

Dövlət Proqramına uyğun olaraq Bərdə rayonunun Lənbəran kəndində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə tam yenidən qurulub, 6 ədəd yeni KTM quraşdırılıb. Qasımbəyli, Otuzikilər, Hacallı, Qaradəmirçi, Zümürxan, Uğurbəli Qarayusfli, Bala Göyüşlü, Böyük Qəcər kəndlərinin bir hissəsi 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunmuş köhnə sayğaclar yenisi ilə dəyişdirilib. Xanərəb kəndinin 10 və 0.4 kv-luq EVX-lərində yenidənqurma işləri aparılıb.

Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində Mollahacılı, Bəydövül, Şıxbəy, Yalman, Potu kəndlərində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz edilib. Qarayazı kəndində  10 və 0.4 kv-luq EVX-lərdə yenidənqurma işləri aparılıb.

Ucar Elektrik Şəbəkəsinin xidməti ərazisində rayonun Gərabəyli, Qazqumlaq və Bərgüşad kəndlərində 0.4 kv-luq hava xətlərinin bir hissəsi ÖİN kabellə əvəz olunub və köhnə sayğaclar yeni sayğaclarla dəyişdirilib. Türkəçi kəndində  isə hava xətləri tamamı ilə ÖİN kabellərlə əvəzlənib. Ucar rayonunun mərkəzində yerləşən 20 Yanvar küçəsində 0.4 kv-luq hava xətlərinin ÖİN kabellərlə əvəz olunması işləri aparılıb.

Ağsu Elektrik Şəbəkəsinin xidməti ərazisində rayonun Abbasxanlı, Cəlayir, Kəndoba və Gəgəli kəndlərininin bir hissəsində  0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunub və köhnə sayğaclar yeni sayğaclarla dəyişdirilib. Yenidənqurma işləri Ağsu rayonunun mərkəzində də aparılıb və yeni KTM-lər qurlaşdırılıb.

Kürdəmir rayonunun Qarasaqqallı, Xırdapay, Atakişili, Axtacı-Qarabucaq Yeni-Şıxımlı, Çərtəyəz kəndlərində və  Şəhər ətrafı ərazilərdə hava xətləri də yenidən qurulub və hazırda Sor-Sor kəndində 10 və 0.4 kv-luq hava xətlərində yenidənqurma işləri aparılıb.

Ağdaş rayonunda 10 kv-luq Xosrov hava xəttindən qidalanan Qülbəndə kəndi ərazisində 10 və 0.4 kv-luq hava xətləri yenidən qurulub. Ötən aylar ərzində isə Ağdaş rayonunun Qaradağlı, Aralbir, Eymur, Qaradeyin kəndlərinin bir hisəsində 0.4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunub, köhnə sayğaclar yeni sayğclarla əvəzlənib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Azərişıq" ASC qərb regionunda yenidənqurma işlərini davam etdirib. Belə ki, "Azərişıq" ölkə üzrə bütün abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatında yüksək nəticələri almaqda davam edir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurularaq, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bu ilin ötən aylarında qərb regionunda irimiqyaslı yenidənqurma işləri həyata keçirilib və hazırda davam etdirilir.

Tovuz rayonunda da elektrik enerjisinin verilişində köklü dəyişikliklərə nail olunub. Ötən aylarda görülən işlər sırasında 8 kilometr uzunluğunda olan 6 kilovoltluq (kV) "Aqropark" hava xətti də var. Tam tikilib istifadəyə verilən bu xətt vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb.  Uzunluğu 5,74 kilometr olan "Ağdam" hava xəttində isə dayaqlar tam dəyişdirilib, bəzi yerlərdə 10 kV-luq dayaqlar da quraşdırılıb. Rayonun Hunanlar kəndində 3 ədəd, Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, ötürücü dayaqlar dəyişdirilib və SİP kabelləşmə işi aparılıb.

Qovlar qəsəbəsində yeni transformator quraşdırılıb, Ağdam kəndində isə yenidənqurma işləri davam etdirilib. Artıq kənddə bir KTM quraşdırılıb, 88 ədəd dayaq basdırılıb və 1680 metr məsafədə SİP kabelləşmə işi başa çatdırılıb. Cəbhəyanı olan bu kənddə hazırda yenidənqurma işləri davam etdirilir. 810 abonentin mövcud olduğu Əlimərdanlı kəndində isə 9 ədəd KTM quraşdırılıb. Özünü daşıyan naqillər üçün 1219 ədəd dayaq yenilənib, 35 min 765 metr məsafədə kabelləşmə işi aparılıb.
Tovuz rayonu Elektrik Şəbəkəsi tərəfindən sayğaclaşma işlərində də böyük nailiyyətlər əldə olunub. Rayondakı abonentlərin əksəriyyəti yeni dövr elektrik sayğacları ilə təmin edilib. Tovuz rayonunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilib, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və s.) quraşdırılır, sayğaclar dəyişdirilib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Ağstafa rayonunun cəbhəyanı Tatlı kəndində enerji sistemi yenidən qurulub. Belə ki, Qərb regionunda aparılan yenidənqurma işləri davam etdirilib. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulub, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün əsaslı təmir-tikinti işlər həyata keçirilib.

"Qərb" Regional Elektrik Təchizatı və Satış İdarəsinə daxil olan Ağstafa elektrik şəbəkəsində cari ildə elektrik enerjisinin ötürülməsində keyfiyyət dəyişikliyinə nail olunub. İstehlakçıların dayanıqlı elektrik enerjisi ilə təminatı üçün 35/6 kilovoltluq (kV) Poylu kəndində "Nasos yarımstansiyası" tamamilə yenidən qurularaq son texnologiyalı avadanlıqlarla təchiz edilib. Ötən üç il ərzində Ağstafa elektrik şəbəkəsinin xidməti ərazisində 36 ədəd 10,6/0,4 kilovoltluq müxtəlif gücdə komplekt transformator məntəqələri (KTM) istifadəyə verilib. 110/35/10 kV-luq "Ağstafa yarımstansiyası" yenidən qurulur. Sərhədyanı Tatlı kəndində elektrik enerjisinin paylanmasında keyfiyyətin artırılması üçün 10 və 0,4 kV-luq şəbəkələr tamamilə yenidən qurulub. Kənddə 7 ədəd müxtəlif güclü müasir tipli KTM-lər quraşdırılıb. 50 ədəd yeni 10 kV dayaqlar basdırılıb, 440 ədəd 0,4 kV SİP dayaq quraşdırılıb. Yeddi kilometr uzunluğunda özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkilib. Ümumiyyətlə, bu ilin 8 ayı ərzində Ağstafa rayonunda 863 abonentə sayğac quraşdırılıb. Onlardan 629 ədədi əhali, 234 ədədi isə qeyri-əhali abonentidir. Görülən işlər çərçivəsində Ağstafa rayonunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və sair) qurlaşdırılır, sayğaclar dəyişdirilib.

Dövlət Proqramı çərçivəsində "Azərişıq" Səhmdar Cəmiyyət tərəfindən cənub regionunda aparılan yenidənqurma işləri davam etdirilib. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, əhalinin, kənd təsərrüfatı, sənaye, turizm və iaşə obyektlərinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin 9 ayı ərzində əsaslı işlər görülüb. Ölkəmizin turizm sektoruna daxil olan Lerik rayonunda da sürətli yenidənqurma işləri aparılıb. Xüsusən də qış aylarında bu ərazidə kəskin hava şəraitini nəzərə alaraq, "Azərişıq" ASC çətin relyefdə ən etibarlı elektrik dayaqları ilə dayanıqlı enerji nəqlinə nail olub. Rayonun bir çox kəndlərində, eləcə də rayon mərkəzindən İranla sərhəd istiqamətində 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış İdarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kilovoltluq hava xəttində 136 ədəd yararsız ağac dirəkləri dəmir dayaqlarla əvəz edib. Rayonun Şingədulan, Camaşair, Böyük Orand və Kəlvəz kəndlərində elektrik enerjisinin ötürülməsində bütün problemlər tamamilə aradan qaldırılıb, dayanıqlı və etibarlı enerji təchizatı üçün bu kəndlərdə 12 min metr SİP kabelləşmə aparılıb, 400-dək yeni dəmir dayaqlar basdırılıb. Yeni güc mənbələrinin yaradılması üçün 9 ay ərzində 10-dan yuxarı komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. Abonentlərin sayğacla təmin edilməsində də xeyli uğura nail olunub. Cari ildə Lerik rayonunda 1200-dən çox istehlakçı yeni sayğacla təmin edilib. "Cənub" RETSİ-yə daxil olan Yardımlı rayonunda da bu ilin 9 ayı ərzində elektrik enerjisinin ötürülməsində əhəmiyyətli dəyişikliyə nail olunub. Abonentlərin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təminatı üçün "Azərişıq" ASC tərəfindən Yardımlı rayonu ərazisində 70 ədəd 10 kilovoltluq metal dayaq, 828 ədəd 0.4 kilovoltluq metal dayaq basdırılıb, 38 220 metr məsafədə kabelləşmə işi aparılıb. Yeni güc mənbəsi kimi 9 ədəd KTM quraşdırılaraq istifadəyə verilib. Rayonun bütün kəndlərində çətin relyef və məsafə uzaqlığına baxmayaraq, təmir-bərpa işləri aparılıb, abonentlər etibarlı elektrik enerjisi ilə təmin olunub. Hazırda rayonun Ostayır və Dəlləkli kəndlərində son tamamlama işləri aparılır. Yardımlı şəhərində və Ostayır kəndlərində 486 abonent yeni smart tipli sayğaclarla təmin edilib. Qarşıdan gələn qış fəslini nəzərə alaraq, rayonun bütün kəndlərində yoxlama-sınaq işləri də həyata keçirilir.

Hazırda Lerik və Yardımlı rayonlarında 0,4 kilovoltluq elektrik şəbəkələrinin ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabellərlə əvəzlənməsi işləri davam etdirilib, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və s.) quraşdırılıb, sayğaclar dəyişdirilib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31