Kənd təsərrüfatı güclü iqtisadiyyatın davamlı inkişafının mühüm şərtidir

2003-cü ildən bu vaxta qədər müstəqil dövlətimizin müasir tələblərə cavab verən, sürətli inkişafı üçün qarşıya qoyulmuş hədəflər maksimal formada icra olunub və olunmaqdadır. Bu inkişafda, ölkə daxili siyasətin mühüm tərkib hissəsi olan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının əhəmiyyəti böyükdür. İstərregionların sosial-iqtisadi inkişafına dair 2004-2008, istər 2009-2013-cü illəri əhatə edən iki  Dövlət Proqramı ilk gündən uğurla icra olunmağa başlamış və nəticə etibarilə ölkənin ümumi iqtisadiyyatını gücləndirərək başa çatmışdır. Onun ardınca2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da ilk gündən sürətlə icra olunmağa başladı və hər iki proqramın qazandığı uğuru təkrarlamaqla yanaşı, onları geridə qoyan bütün aspektlərdə mükəmməl nəticələr gətirdi və gətirməkdədir. Hər üç Dövlət Proqramının tətbiqi nəticəsində biz günü-gündən regionların kompleks şəklində, davamlı artan templə müasir standartlara cavab verən , inkişafının şahidi oluruq. Artan inkişaf əhalinin sosial həyat tərzini yaxşılaşdırır. Regionlarda yüzlərlə, minlərlə əhali yeni açılan müəssisələrdə, zavod və fabriklərdə daimi iş yerləri ilə təmin olunur. Bu iş yerləri əhalinin maddi təminatının güclənməsinə xidmət edir. Regionlarda yaradılan bu iş yerləri hesabına bu gün əhali yaxşı işlə təmin olmaq üçün  paytaxta üz tutmağa məcbur deyil. Hətda paytaxt sakinləri də yalnız istirahət üçün deyil, müasir tələblərə cavab verən müəssisələrdə çalışmaq üçün regionlara yollanır. Güclü dayaqlar üzərində qurulan istehsalat müəssisələrin iş rejimi hesabına Azərbaycan ölkədaxili tələbatı qarşılamaqla yanaşı xarici bazarda rəqabətədavamlı məhsullar istehsal edir. Bununla Azərbaycan həm idxal həm də ixrac ölkəsinə çevirilir. Bütün bu inkişaf isə iqtisadi tərəqqiyə yol açır ki, bu gün ölkəmiz iqtisadi tərəqqi dövründədir.

Respublikamızda ekoloji tarazlığın qorunması və ətraf mühitə qayğı prioritet məsələ hesab edilir. Regional proqramların uğurla icrası nəticəsində inşa edilən və inkişafın lokomativinə çevirilən texnoloji parklara, ekoloji ətraf-mühitə zərərli qazların, tüstü atıqlarının zərər vurmaması üçün müasir avadanlıqlar quraşdırıldı.

Hər kəsə məlumdur ki, çağdaş zamanımız yeni texnologiyalar, innovasiyalar əsasında formalaşıb. Ölkəmizdə yaradılan texnologiyalar parkı, yarandığı gündən etibarən iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına hesablanmışdı. Texnologiyalar parkı öz yaradılma məqsədlərini doğrultdu və doğrultmaqdadır. Nəzərə almalıyıq ki, Qafqazın ən böyük texnoloji parkı məhz ``Sumqayıt Texnologiyaları Parkı``dır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının kompleks şəklində icrası nəticəsində Azərbaycan istənilən sahədə uğurlar əldə etməkdədir.

Ölkəmizdə kənd təsərrüfatına göstərilən qayğı bu gün öz mükəmməl nəticəsini göstərməkdədir. Bu qayğının nəticəsində istifadə edilməyən lakin əkinçilik üçün yararlı olan torpaqlar yenidən həyat qazanmışdır. Kənd təsərrüfatı sahəsi güclü iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının mühüm şərtidir.

Dövlətimiz əkinçiyə, fermerə aqro-texniki avadanlıq, yanacaq, gübrə, hətda bir çox hallarda xammal olaraq toxum belə verir. Bu gün Azərbaycanın bütün regionlarına kənd təsərrüfatının, inkişafı ilə bağlı yeni texnikalar bölgəyə gətirilərək lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini həyata keçirilməkdədir. Avrolizinq ASC 2005-ci ildən etibarən Yevlax, Ucar, Ağdaş, Goranboy, Göyçay rayonlarından olan 748 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 33 milyon 820 min 669 manat təşkil edən 1885 ədəd kənd təsərrüfatı texnikaları verib. Kənd təsərrüfatı sahəsində aparılan islahatlardan, əldə olunan uğurlar göz önündədir. Kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət tərəfindən  subsidiyalar, güzəştli kreditlər verilir ki, bütün bunlar bu sahədə inkişafa aparır və dinamik inkişaf trendi davam etdirilir. Bu gün ölkəmizə dövlət və özəl sektor xətti ilə kifayət qədər mineral gübrə gətirilib. Bu Azərbaycanın kənd təsərrüfatında gübrə çatışmazlığı probleminin olmadığının bariz sübutudur. Kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartlar tətbiq olunur ki, bu başlıca olaraq yerli istehlakçıların hüquqlarının müdafiə edir və idxal prosesi zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarını genişləndirir. Ölkəmizdə əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi qarşıda duran əsas vəzifələrdən biridir və bu vəzifə layiqincə yerinə yetirilir. Bu gün Azərbaycana sağlam, təhlükəsiz və beynəlxalq standartlara uyğun qida məhsulları idxal edilir.

Kənd təsərrüfatının inkişafı əhalinin soial iqtisadi rifahının yaxşılaşdırılmasında əsas sahələrdən biridir. Aqrar sahə inkişaf etdikcə yeni iş yerləri açılır ki, əhali bu iş yerləri ilə təmin olunur. Bütün bunlar sübut edir ki, kənd təsərrüfatı sahəsi güclü iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının mühüm şərtidir. Ölkəmizdə hər il noyabrın 1-də Kənd Təsərrüfatı İşçiləri günü münasibətil silsilə tədbirlər həyata keçirilir.

Kənd təsərrüfatı sahəsi qədər, turizm sektoru da ölkədə qeyri-neft sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Turizm Azərbaycanda getdikcə iqtisadiyyatın əsas sahələrindən birinə çevirilməkdədir. Turizm sektoru bir çox xidmət sahələrini özündə birləşdirərək bu gün neft ölkəsi olan Azərbaycanda qeyri neft sektorunu inkişaf etdirərək, neftdən asılılığımızı minumuma endirir. Ölkəmizdə truizmi inkişaf etdirən bir çox səbəblər var. Regionlarda aparılan yenidənqurma işləri turizmin inkişafına səbəb olan ən mühüm amillərdən biridir.

Paytaxta və digər bölgələrdə tarixi abidələrin bərpası turizmin inkişafına yardımçı olan amillərdəndir. Lakin Təkcə tarixi abidələr deyil ümumi regionlarımızda turistlər üçün müasir tələbləri qarşılayan 5 ulduzlu hotel, motel və digər turist yerləşdirmə obyektləri fəaliyyət göstərir. Bununla bərabər ölkəmizə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuşdur.

Əvəllər turistlər daha çox paytaxtda istirahət etməyə üstünlük verirdilərsə bu gün regional proqramalrın uğurlu icrası nəticəsində demək olar ki, Şahdağ Qış-Yay Turizm Kompleksi, Tufan Dağ  Turizm kompleksi ölkəmizə ziyarət edən əcnəbilər üçün əsas istirahət mərkəzlərindən birinə çevirilimişdir.  Bu regionlarda turizm sektorunun infrastruktur baxımından inkişafını göstərir. Ölkəmizdə turizm sektoru dayanmadan, intensiv olaraq inkişaf edir. Bu intensiv inkişaf yalnız turistlər deyil, əhalimiz üçün də olduqca müsbət və xeyirli haldır. Çünki fəaliyyət göstərən turizm obyektləri, turizm mərkəzləri yerli əhalini işlə təmin edir. Bu isə əhalinin yoxsulluq səviyyəsinin minumuma endirilməsinə, onun rifah halının yaxşılaşdırlmasına xidmət edir.

Bir çox beynəlxalq layihələrə ev sahibliyi etməmiz, ölkəmizdə  turizm sektorunun canlanmasına səbəb olan ən başlıca amillərdən biridir.

Avroviziya mahnı müsaqibəsi, 1-ci Avropa oyunları,  "Formula 1 Grand Prix", İslam oyunları və bir sıra digər böyük beynəlxalq idman   mərasimləri zamanı ölkəmizə gələn əcnəbilər Azərbaycanı daha yaxşı tanıyaraq bundan sonra mütəmadi olaraq Azərbaycana turist olaraq ziyarət etməyə başlayırlar. Beynəlxalaq layihələr Azərbaycanı Avropa və digər ölkələrə ən yaxşı halı ilə tanıdır. Hər il ölkəyə mütəmadi olaraq səfər edən turistlər qarşılaşdıqları xoş yeniliklər qarşısında təəccüb hissi keçirirlər. Hətda ölkədəki, inkişafı, təhlükəsizliyi, gördükdən sonra ailəsi ilə birgə Azərbaycanda yaşamaq istəyən əcnəbilərlə də qarşılaşırıq.

Kənd təsərrüfatı istərsə də  turizm sektorunun inkişafı bilavasitə qeyri neft sektonunun inkişafı deməkdirsə, qeyri neft sektorunun inkişafı isə ümumilikdə ölkə iqtisadiyyatının qüdrətlənməsi deməkdir. Güclü iqtisadiyyat, güclü dövlət deməkdir. İqtisadiyyatımızın güclənməsi  hesabına dövlətimiz  inkişaf etmiş ölkələr sırasına daxil olub. Azərbaycan bu gün dünyanın istənilən inkişafda olan və inkişaf etmiş ölkələri arasında öz iqtisadi gücü ilə sözünü deyə bilən ölkədir.

Bu gün Azərbaycan iqtisadiyyatını daha da gücləndirən, Azərbaycan təbii qazını Avropaya çatdıracaq "Trans-Adriatik" (TAP) qaz boru kəməri Avropanın enerji təhlükəsizliyini möhkəmləndirir. Bu böyük layihə iqtisadi baxımdan həm ixracatçı, həm də tranzit ölkələri üçün sərfəlidir.

Bütün bunları Azərbaycan Respublikasının prezidentinin uzaqgörən və uğurlu siyasətinin nəticəsində əldə etmişik.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31