Energetika Nazirliyində 1678 müraciətə baxılıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Respublikasının Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı məsələləri ilə bağlı 1678 ərizə və müraciət daxil olub. Nazirlikdən "OLAYLAR"-a daxil olan məlumata görə,  vətəndaşlar tərəfindən edilən müraciətlərin 47,2 faizi elektrik enerjisi, 28,7 faizi qaz təchizatı ilə bağlı olub. 24 faiz müraciətlər isə digər məzmunlu məsələləri əhatə edib.

Elektrik enerjisi təchizatı üzrə qəbul edilmiş 792 müraciətin 295-ielektrik sayğaclarının quraşdırılması və ödənişlərin hesablanmasında çətinliklərin yaranması, 105-i enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtlərin verilməsi, 110-u enerji təchizatında yaranmış fasilələr, 282-i isə elektrik enerjisinin verilişində yaranan digər çatışmazlıqlarla bağlı olub.

2018-ci ilin 10 ayı ərzində nazirlikdə istehlakçılarınqaz təchizatı ilə bağlı 483 müraciət qeydə alınıb. Bunlardan 57-iqaz xəttinə qoşulma, 67-iqazın verilişində yaranmış fasilələr, 256-ısayğaclarının quraşdırılması və izafi borcun yaranması, 103-üisə qaz təchizatında yaranmış digər problemlərəaid olub.

Bu dövr ərzində istehlakçılar tərəfindən nazirliyə ünvanlanan müraciətlərdən  1110-u nazirlik və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılaraq cavablandırılıb,37 müraciət mahiyyəti üzrə təhlil edilərək müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Energetika Nazirliyinə daxil olan bütün ərizə və müraciətlər "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa, elektrik enerjisindən və qazdan istifadə qaydalarına, elektroenergetika və qaz təchizatı haqqında mövcud qanunvericiliyə uyğun olaraq icra edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31