Dövlət büdcəsinin bəzi gəlirindən imtina ediləcək

"Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən müddət ərzində dövlət büdcəsinin müəyyən gəlirindən faktiki olaraq imtina edirik". "Olaylar"ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə komitələrin birgə iclasında deyib. Nazir bildirib ki, onlar iqtisadiyyatda şəffaflaşma baş verməsini, kölgə iqtisadiyyatının tədricən azaldılmasını və bunun üçün sahibkarlar üçün stimul yaradılmasını istəyir: "Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bunlardan sonra belə, Dövlət Neft Fondundan transfert əhəmiyyətli dərəcədə artmır". O, qeyd edib ki, əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyələşdirilirdi, indi bunlar dövlət büdcəsi ilə maliyyələşdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31