“Regionlarda maarifləndirmə və sorğu” layihəsi davam etdirilir

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində növbəti görüşü Yevlax şəhərindəki Heydər Əliyev Sarayında keçirib.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti "Regionlarda maarifləndirmə və sorğu" layihəsi çərçivəsində növbəti görüşü Yevlax şəhərindəki Heydər Əliyev Sarayında keçirib.

Görüşdə Yevlax, Ağdaş, Goranboy, Göyçay və Ucar rayonlarından olan fermerlər iştirak edib. Kənd Təsərrüfatı Nazirliyidən "Olaylar"a verilən məlumata görə, görüşdə "Aqrolizinq" ASC-nin Aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili şöbəsinin müdiri İsrafil İsmayılov "Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi", Kənd təsərrüfatı texnikalarının və avadanlıqların lizinqi şöbəsinin müdiri İlyas Həsənov "10 illik lizinqli satış və 40 faiz güzəşt", "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Pestisidlər və mineral gübrələrin tədarükü, saxlanması və satışının tənzimlənməsi şöbəsinin müdiri Musa Hüseynov "Bol məhsul əldə etmək üçün mineral gübrə və pestisidlərin əhəmiyyəti. Gübrələrin və pestisidlərin güzəşt limitinin hesablanması" mövzularında çıxış ediblər. İnformasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov "Aqrolizinq" ASC və fermer arasındakı münasibətlərin elektronlaşdırılması, elektron hökümət portalında xidmətlər barədə interaktiv təqdimat edib. Sonra ödənişlərin daha rahat və vaxt itkisi olmadan aparılması üçün inteqrasiya ödəniş sistemləri barəsində məlumat verilib. Burada xüsusi olaraq, asan ödəniş sistemi ilə aparılmış inteqrasiyanın nəticəsi olaraq Cəmiyyətin xidmətlərinə görə ödənişlərin ölkə üzrə bütün E-manat və Milli-ön ödəniş terminalları vasitəsilə aparılmasının mümkünlüyü qeyd olunub.Tədbirdə sahibkarların, fermerlərin və məhsul istehsalçılarının qarşılaşdıqları çətinliklər və onların həll yolları müzakirə edilib. Mineral gübrələrlə və pestisitlərlə, texnikalarının ehtiyat hissələri ilə təminat kimi məsələlərin həlli ilə bağlı təkliflər dinlənilib. Sonra region üzrə 20 vətəndaşa səyyar xidmət olaraq güzəşt müqavilələri təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31