Komitə sədri: “2019-cu ilin büdcəsi bəzi parametrlərinə görə əvvəlkilərdən xeyli fərqlənir”
5 Noyabr 2018 13:46 İqtisadiyyatMilli Məclisdə (MM) 2019-cu ilin büdcə müzakirələri başlayıb. "Olaylar"ın məlumatınaa görə, büdcə müzakirələrinin ilk iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq, İctimai birliklər və dini qurumlar, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, həmçinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələri qatılıblar. Komitələrin birgə iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə sədrlik edib. O, qeyd edib ki, bu gün ölkənin baş-ali maliiyə sənədi, dövlət büdcəsi müzakirəyə çıxarılıb. Onun sözlərinə görə, Konstitusiyaya edilən dəyişikliklərdən sonra büdcə zərfi 3 oxunuşun müzakirələrindən keçiriləcək və dövlət başçısı tərəfindən imzalanaraq, hüquqi qüvvəyə minəcək. Komitə sədri deyib ki, növbəti ilin büdcə zərfi bir çox parametrlərinə görə əvvəlkilərdən xeyli fərqlənir: "Dünyada qlobal dəyişikliklər, təlatümlər baş verir, riqslər yaşanır, amma bunların fonunda Azərbaycanda iqtisadi inkişaf davam edir, ölkədə siyasi-iqtisadi sabitlik qorunub, saxlanılıb. Bütün bunlar elə növbəti ilin büdcəsində də özünü göstərir. Dövlət büdcəsi çox peşəkar, çox məzmunlu və çox səliqəli şəkildə hazırlanıb. O, Azərbaycanın növbəti mərhələdə də inkişafına öz müsbət təsirini göstərəcək".