Azərbaycan nümayəndə heyəti Çinə gedəcək

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyəti 4-8 noyabr tarixində Çin Xalq Respublikasına səfərə gedəcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, Azərbaycan nümayəndə heyəti Şanxayda keçiriləcək və Azərbaycanın vahid ölkə stendinin də nümayiş olunacağı Birinci Çin Beynəlxalq İdxal Sərgisində, sərgi çərçivəsində təşkil olunacaq "Ticarət və investisiya", "Bir kəmər, bir yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi", "Qlobal ticarət və beynəlxalq logistikalar" mövzularında forumlarda iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin Çinə səfəri zamanı Şanxay şəhərində "Azərbaycan Şərab Evi" açılacaq.Səfər çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Çin rəsmiləri ilə görüşlər keçirəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31