Apellyasiya Şurasının iclası keçirilib

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, iclasda  2 vətəndaşın Dövlət İmtahan Mərkəzi tərəfindən İqtisadiyyat Nazirliyi üzrə dövlət qulluğuna qəbul üçün elan edilmiş ümumi müsahibənin nəticələrindən Nazirliyin Apellyasiya Şurasına şikayətinə baxılıb və müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına 2018-ci ilin əvvəlindən indiyədək 11 müraciət daxil olub. Müraciətlərin 6-ı İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının predmetinə uyğun olmadığından, mahiyyəti üzrə baxılması üçün Nazirliyin aidiyyəti strukturlarının icraatına verilib, 5 müraciətə isə baxılaraq müvafiq qərar qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31