Pensiyalar yenə artırılacaq
DSMF sədri: “Buna səbəb bu yaxınlarda pensiyaların sığorta hissəsinin indeksləşdirilməsidir”
11 Fevral 2013 17:23 İqtisadiyyat2013-cü ildə Azərbaycanda pensiyaların baza hissəsində artımlar olacaq. Bunu deyən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun sözlərinə görə, buna səbəb bu yaxınlarda pensiyaların sığorta hissəsinin indeksləşdirilməsidir: "Hər il ölkədə pensiyaların sığorta hissəsində indeksləşdirmə aparılır. Yeddi ildir ki, bu proses həyata keçirilir. Hazırda da bu proses gedir. İnflyasiya ötən il necə olubsa, bu il pensiyaların sığorta hissəsi ona uyğun indeks olunur. Ölkə prezidentinin sərəncamı ilə pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi növbəti aylarda pensiyaların baza hissəsinin artmasına səbəb olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31