Dövlət büdcəsindən Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayrılacaq
1 Noyabr 2018 13:31 İqtisadiyyat2019-cu ilin dövlət büdcəsindən ilk dəfə olaraq Mənəvi Dəyərlərin Təbliği Fonduna vəsait ayrılacaq. Məlumata görə, bu barədə "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinsə qeyd edilib. Sənəddə göstərilib ki, ilk dəfə olaraq 2019-cu ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 8 milyon 200 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli sərəncamı ilə yaradılıb. QİDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31