Düşünülmüş və məqsədyönlü siyasətin məntiqi nəticəsi

Doing Business 2019 hesabatında Azərbaycan mövqelərini bir qədər də möhkəmlədib

Azərbaycanın artan iqtisadi qüdrəti, ildən-ilə iqtisadi sahədə əldə edilən nailiyyətlər ölkəmizin beynəlxalq aləmdəki yeri və nüfuzunu da artırır, möhkəmləndirir. Bunu beynəlxalq maliyyə qurumları və iqtisadi araşdırma təşkilatları, eləcə də biznes mərkəzlərinin müntəzəm olaraq yaydıqları hesabatlardan da aydın görmək mümkündür. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında bu sahədə əldə etdiyi nailiyyətlərə görə qabaqcıl yerlərdən birini tutmuşdu və bir neçə kateqoriya üzrə Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlamışdı. Bu günlərdə dünya iqtisadiyyatı üzrə açıqlanan digər bir hesabat da Azərbaycan üçün uğurlu olub desək yanılmarıq. Söhbət Doing buisnessin hesabatından gedir. Belə ki, Dünya Bankının dərc etdiyi Doing Business 2019 hesabatında Azərbaycan 190 ölkə arasında 25 ci yerdə qərarlaşaraq ən islahatçı ölkə kimi xarakterizə edilib.

Bu birmənalıdır və danılmaz faktdır ki, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar və günümüzdə qazandığı nailiyyətlər düzgün idarəçilik və həyata keçirilən məqsədyönlü siyasətin göstəricisidir. Bu idarəçilik və həyata keçirilən məqsədyönlü siyasət isə heç şübhəsiz ki, ölkə başçısı Cənab İlham Əliyevin adı ilə bağlıdır. Məhz İlham Əliyevin prezident kimi fəaliyyət göstərdiyi son 15 il ərzində Azərbaycan uğurlu inkişaf yolu keçərək dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada qərarlaşıb. Həyata keçirilən uğurlu islahatlar, görülən tədbirlər ölkəmizin iqtisadi gücünü artırmaqla yanaşı, onun beynəlxalq aləmdəki nüfuzunu mövqelərini də möhkəmləndirib. Bir sözlə günümüzdə Azərbaycanın əldə etdiyi uğurlar dövlət başçısı Cənab İlham Əliyevin düşünülmüş və məqsədypnlü siyasətinin məntiqi nəticəsidir. Elə millət vəkili Tahir Mirkişili də bu qənaətdədir. O, bildirib ki, iqtisadiyyat sağlam özəl sektor olmadan inkişaf edə bilməz. Onun sözlərinə görə, özəl sektor inkişaf etdikcə yeni iş yerləri yaranır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir yaranır: "İqtisadi cəhətdən inkişafa diqqət yetirən hər bir ölkə kicik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmləmərin tətbiqinə xüsusi diqqət yetirirlər. Səmərəli biznes tənzimləmələri mikro və kiçik sahibkarlara böyümək, innovative fəaliyyət göstərmək və qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və stimul yaradır. Qanuni fəaliyyətlə məşğul olmaq asanlaşdıqca qeyri-qanuni fəaliyyət göstərmək çətinləşir və ya əksinə". 
Millət vəkili deyib ki, Dünya Bankının dərc etdiyi Doing Business 2019 hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndiməyə imkan verir: "Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun (əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla) göstəricilərindən istifadə olunur.  Doing Business 2018 hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan Doing Business 2019 hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Qeyd etmək lazımdı ki, Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olmuşdur. Bu TOP 10 ölkələr əsasən biznesə başlama, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçiriblər. Bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşadırmış və islahatların sayında görə dünyada 1-ci olub".
Tahir Mirkişili qeyd edib ki, Bakı İcra Hakimiyyətində tikintiyə icazələrin "bir pəncərə" prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları azaldan "ASAN Kommunal" mərkəzlərini açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institutsional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir. Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə bizne mühitini daha da inkişaf etdirməklə əhalini rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31