“Made in Azerbaijan” brendi 8 beynəlxalq sərgidə təmsil olunub

Cari ilin ianvar-sentyabr aylarında  İxracatçılar Klubunun keçirdiyi 17 iclasdan 14-ü Bakıda, 3-ü isə regionlarda təşkil olunub. Ümumilikdə indiyədək sahibkarlara 6,9 mln. manat, bu ilin yanvar-sentyabr aylarında isə 3,7 mln. manat məbləğində ixrac təşviqi ödənilib. "Olaylar" xəbər verir ki, bu barədə AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib. Bildirib ki, hesabat dövründə Azərbaycan şirkətlərinin "Made in Azerbaijan" vahid ölkə stendi ilə 8 beynəlxalq sərgidə iştirakı təmin olunub. Belə ki, şirkətlərimiz "Beynəlxalq Yaşıl Həftə - 2018", "Fruit Logistica 2018", "Prodexpo 2018", "Worldfood Moscow 2018", "Gulfood 2018", "Sial China", "6-cı Çin-Avrasiya", "KazBuild 2018" beynəlxalq sərgilərdə iştirak ediblər. İlin əvvəlindən vahid ölkə stendi mexanizmi çərçivəsində 3,5 mln. dollar dəyərində müqavilə imzalanıb, artıq 2,6 mln. dollar dəyərində məhsul ixrac olunub.

Bu ilin yanvar-sentyabr ayları ərzində yerli məhsulların xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Rusiya, İsveçrə, Çin və Qazaxıstana ixrac missiyası həyat keçirilib. Ümumilikdə isə, indiyədək 12 ölkəyə 17  ixrac missiyası təşkil olunub və Azərbaycan şirkətləri 6 olkədə keçirilən 14  beynəlxalq sərgidə "Made in Azerbaijan" vahid ölkə stendində öz məhsullarını nümayiş etdirblər. Bu ilin yanvar-sentyabr ayları ərzində Ukrayna, Latviya və Çində "Azərbaycan Ticarət Evi" fəaliyyətə başlayıb. Ümumilikdə isə, hazırda 4 xarici ölkədə "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir. Bu ilin sentyabrında Çində ilk "Azərbaycan Şərab Evi" açılıb. Tədbirdə vurğulanıb ki, yerli məhsulların xarici bazarlarda tanıdılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, 2018-ci ilin noyabr ayında Çinin Şanxay şəhərində "Şərab Evi", ilin sonunadək BƏƏ, Polşa və Qazaxıstanda "Azərbaycan Ticarət Evi", Rusiyada isə "Şərab Evi"nin açılması nəzərdə tutulur. Bununla yanaşı, hazırda Azərbaycanın xarici ölkələrdə 4 ticarət nümayəndəliyi fəaliyyət göstərir: Rusiya,Çin,Şərqi Avropa və BƏƏ. Ölkəmizin ixrac və investisiya imkanlarının təşviqi, Azərbaycan məhsullarının xarici bazarlarda tanıldıması tədbirlərinın davamı olaraq, 2018-ci ilin sonunadək Çin, Bolqarıstan, BƏƏ və Səudiyyə Ərəbistanına  ixrac missiyaları təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31