Daşınmaz əmlakın qeydiyyatında daha bir yenilik
31 Oktyabr 2018 14:49 İqtisadiyyatƏmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir. Komitədən "Olaylar"a verilən məlumata görə, artıq dövlət reyestrindən çıxarış almaq üçün şəxslərin təqdim etdiyi sənədlərin arxiv əsasının olub-olmadığı anındaca onlayn müəyyənləşəcək. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında imzalanacaq memorandum nəticəsində reallaşacaq. Məlumatda o da bildirilib ki, imzalanma mərasimi noyabrın 1-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31