Uçot dərəcələrinin aşağı salınmasının faiz dərəcələrinə heç bir təsiri yoxdur

Oktyabrın 30-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna müvafiq olaraq+/-2% olması barədə qərar qəbul edib. Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, Mərkəzi Bankın uçot dərəcələrinin aşağı salması müsbət hesab edir: "O nöqteyi-nəzərdən ki, Azərbaycanda inflyasiya 3 faizin altındadır. Ona görə də tədricən uçot dərəcələrinin aşağı salınmasını müsbət qiymətləndirirəm. Amma Azərbaycan azsaylı ölkələrdən biridir ki, Mərkəzi Bankın uçot dərəcələrinin yuxarı və ya aşağı salmasının ölkədəki faiz dərəcələrinə heç bir təsiri yoxdur. Mərkəzi Bankın uçot dərəcələri aşağı olanda da bankların faiz dərəcələri soyğunçu xarakter daşıyır. Yuxarı olanda da. İqtisadiyyatın real sektoru ilə lazımı səviyyədə əlaqəsi yoxdur". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31