Sahibkarlar üçün təlim keçirilib

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sağlam və Təhlükəsiz Əməyin Təşkili" mövzusunda təlim keçirilib. ASK-dən "OLAYLAR"-a bildirilib ki, Beynəlxalq Əmək Təşkilatının eksperti Ekaterina Kuznetsova tərəfindən keçirilən təlimdə inşaat, logistika və başqa sektorları təmsil edən sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

Təlim zamanı iş yerlərində  qəzaların və bədbəxt hadisələrinin qarşısının alnması məqsədi ilə beynəlxalq  yanğın təhlükəsizliyi qaydaları və digər təhlükəszilik normaları haqqında iştirakçılara məlumat verilib. E. Kuznetsova bildirib ki, iş yerlərində mövcud olan təhlükələrin aşkar olunması və risklərin qiymətləndirilməsi profilaktik tədbirlərin əsasını təşkil edir.

Təlimin birinci günü sahibkarlara təhlükəli, zərərli, toksik, partlayış və yanğın təhlükəli maddələrin xüsusiyyətləri haqqında ətraflı məlumat verən ekspert bildirdi ki, təhlükəli maddələr doğurduqları riskdən asılı olaraq kateqoriyalara bölünür. İstehsalatda istifadə olunan və insan orqanizmi üçün təhlükə yaradan müxtəlif maddələrin saxlanması, daşınması və utilizasiyası haqqında işəgötürənlərə məlumat verilib.

Təlim noyabr ayının 2-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31