Qaradağ rayonuna içməli su məhdudiyyətlə veriləcək

Oktyabrın 31-də gün ərzində Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr sektorundan daxil olub. Bildirilib ki, buna səbəb magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar aparılacaq təmir bərpa işləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31