Azərbaycan Turizm Assosiasiyası istifadə etdiyi turizmin təbliğat instrumentlərinin çeşidini artırır
29 Oktyabr 2018 16:34 İqtisadiyyatAzərbaycan Turizm Assosiasiyası (AZTA) ölkənin turizm potensialının təbliğində yeni mərhələyə qədəm qoyub. AZTA-dan "OLAYLAR"-a bildirilib ki, 10 ildən artıqdır fəaliyyət göstərən AZTA, indiyə qədər Azərbaycanın turizm potensialını beynəlxalq tədbirlərdə, o cümlədən beynəlxalq sərgi və konfransda iştirak edərək, ölkəyə və olkə xaricinə infoturlar təşkil etməklə, diplomatik missiyalar və biznes nümayəndələri ilə əməkdaşlıq edərək təbliğ edib.
Azərbaycan Turizm Assosiasiyası istifadə etdiyi turizmin təbliğat instrumentlərinin çeşidini artıraraq, indi də incəsənət nümayəndələri ilə əməkdaşlığa başlayır.
Belə ki, Azərbaycan Turizm Assosiasiyası ilk dəfə olaraq məşhur ukraynalı müğənni Bojena Dar və "AVİATOR" qrupunun Bakıda klip çəkilişlərinin təşkilatçısı oldu. Azərbaycan Turizm Assosiasiyası,
ifaçıların istəklərini nəzərə alaraq, iki klipin çəkilişlərinin aparılması üçün xüsusi icazələr aldı. İlk klip "Невеста" (Gəlin) Heydər Əliyev Mərkəzinin ətrafında və Dənizkənarı Milli Parkın ərazisində çəkilib və bu yaxınlarda klipin təqdimatı keçirilib.