Azərbaycan startapçıları üçün yeni investisiya mənbəyi

Azərbaycanda ilk dəfə olaraq keçirilən beynəlxalq "İnnovasiyalar həftəsi" çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı  Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən "AstroLabs" akseleratoru ilə birgə əməkdaşlığa dair memorandum imzalayıb. Nazirliyin ictimaiyyətlə əlaqə sektorundan "OLAYLAR"-a bildirilib ki, memorundum çərçivəsində birgə tədbirlərin keçirilməsi və Azərbaycanda fəaliyyət göstərən startapların Dubayda investorlarlar ilə görüşlərin təşkil edilməsi yönümdə işlər görüləcək, yeni bazarlara çıxmaq imkanları yarada biləcəklər.

Eyni zamanda memorundum çərçivəsində Yüksək Texnologiyalar Parkı beynəlxalq əlaqələrini genişləndirib, yeni beynəlxalq akselerator proqramları ilə əməkdaşlıq etməyə təkan yaradacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31