Parisdə "Azərbaycan Şərabları Günü" keçirilib
26 Oktyabr 2018 15:38 İqtisadiyyat"2018-2025-ci illər Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"nın icrasının təmin edilməsi və Azərbaycan istehsalı olan şərabların təbliği istiqamətində həyat keçirilən tədbirlərin davam edir.
İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, tədbirin davamı olaraq İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatında (OİV) "Azərbaycan Şərabları Günü" keçirilib. Tədbirdə Azərbaycan istehsalı olan şərablar nümayiş olunub və şərabların dequstasiyası təşkil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31