Hər bir vətəndaş ərzağa 91.8 manat xərcləyib

2013-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 1481,7 milyon manat məbləğində istehlak malları satılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici  2012-ci ilin yanvar ayı ilə müqayisədə 9,1 faiz çoxdur. Satılmış ərzaq məhsullarının həcmi 0,9 faiz artaraq 848,2 milyon manata, qeyri-ərzaq mallarının həcmi 22,5 faiz artaraq 633,5 milyon manata bərabər olub. 2012-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 5,0 faiz bəndi azalaraq 57,2 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 42,8 faiz təşkil edib. Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla 91,8 manatlıq ərzaq, 68,5 manatlıq qeyri-ərzaq malları alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31