ADB Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyası hazırlayır
24 Oktyabr 2018 15:39 İqtisadiyyat"Azərbaycanla ölkə tərəfdaşlıq strategiyasını hazırlayırıq".
Bunu Bakıya səfəri çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Vençay Janq (Wencai Zhang) deyib.
Onun sözlərinə görə, bu strategiya 5 illik müddəti əhatə edəcək: "Ötən 5 illik strategiya yekunlaşmaq üzrədir. İndiki strategiya isə 2019-2023-cü illəri əhatə edəcək. Mən ölkəyə səfərim çərçivəsində dəstək verdiyimiz bir sıra layihələrə də baş çəkdim. Onlardan biri Naxçıvandakı içməli su ilə bağlı layihədir".
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31