Beynəlxalq şirkətlərlə birgə “Təhlükəsiz bulud infrastrukturu” mövzusunda tədbir keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC "Microsoft"və "Trend Micro" şirkətləri ilə birgə "Təhlükəsiz bulud infrastrukturu"  mövzusunda konfrans keçirəcək. Nazirliyin ictimaiyyətlə əlaqə sektorundan "OLAYLAR"-a bildirilib ki,  tədbir "İnnovasiyalar həftəsi" çərçivəsində 30 oktyabrda Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Konfransda "AzInTelecom" ilə "Microsoft"-un tərəfdaşlığı çərçivəsində müştərilərə təklif edilən xidmətlər (MS Windows Server 2016, Office 365)barədə məlumat veriləcək.

Eyni zamanda, kibertəhlükəsizliyin təmin edilməsində lisenziyalı proqram təminatından istifadənin əhəmiyyəti və bu lisenziyaların bulud üzərindən əldə olunacağı təqdirdə müştərilərə verə biləcəyi texniki və maddi üstünlüklər diqqətə çatdırılacaq.

Tədbirdə həmçinin "Azintelecom"və"TrendMicro" şirkətinin tərəfdaşlığı çərçivəsində təklif olunan xidmətlərin Data Mərkəzi  müştəriləri üçün yaradacağı əlverişli imkanlardan danışılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31