158 min ton pambıq yığılıb
23 Oktyabr 2018 18:09 İqtisadiyyatBu günə qədər Azərbaycanda pambıq qəbulu məntəqələrinə 158 min 83 ton məhsul təhvil verilib. "Olaylar"ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə 38 min 343 ton çox pavbıq yığılıb. Bu günə qədər ən çox pambıq Saatlı rayonunda 21 min 184 ton tədarük olunub. Ağcabədidə 16 min 836 ton, Bərdədə 16 min 400 ton, Beyləqanda 14 min 597 ton, Biləsuvarda 13 min 583 ton pambıq yığılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31