Azercell-in Brama Mərkəzi və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorondumu imzalandı

23 oktyabr tarixində Bakı Media Mərkəzində Azercell-in Brama Mərkəzi və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorondumu imzalanıb.

23 oktyabr tarixində Bakı Media Mərkəzində Azercell-in Brama Mərkəzi və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorondumu imzalanıb.

Olaylar.az xəbər verir ki, ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin formalaşmasına yönəlik uğurlu layihələri ilə seçilən "Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İnnovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökümət Təşkilatları ilə əməkdaşlıq edir. Mərkəz innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə İKT sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsinə öz tövhəsini vermək məqsədilə Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nəzdində memoronduma əsasən YT Park ilə Azercell arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparılacaq, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə təlimlər təşkil ediləcək, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək, müştərək layihələr hazırlanacaq. Bundan əlavə mütəxəssiz hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. Yüksək texnologiyalar sektorunda təhsil üçün ən yüksək beynəlxalq standartlartda şəxslərin və institutların inteqrasiyasının genişləndirilməsi, labarotiyaların yaradılması imkanlarının araşdırlması və mövcud labaratoriyalardan, kadr potensialından birgə istifadə edilməsi, eyni zamanda birgə proqramlarda internetə çıxış kimi resursları və imkanları ilə tələbələrin təmin edilməsi də memorondumda əksini tapıb.

Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanına əsasən iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırlmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və komminikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparaılmasını və yeni informasiya texnologiyalrının işlənməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə yaradılıb.

"Yüksək Texnologiyalar Parkı" innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə, İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verir.

Qeyd edək ki, Brama İnnovasiya və Sahibkarlıq Mərkəzi isə 2009-cu ildə Azərbaycanda biznes innovasiyasını artırmaq, əsasən informasiya texnologiyalrı sahəsində fəalliyyət göstərən layihləri və yaranmaqda olan şirkətləri-startapları dəstəkləyərək onların şirkətləşmnəsinə dəstək olmaq məqsədi ilə fəaliyyətə başlayıb. Mərkəz 2015-ci ildəmn etibarən ölkənin aparıcı şirkətlərindən biri olan PAŞA Bank tərəfindən dəstəklənir.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31