İşləməkdə davam edən 36 minə qədər pensiyaçının pensiyası artırılıb
23 Oktyabr 2018 17:09 İqtisadiyyatBu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələrinə yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və hazırda da işləməkdə davam edən 36 minə qədər vətəndaş müraciət edib.
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə uyğun olaraq, onların pensiyalarının yenidən hesablanaraq artırılması təmin olunub, pensiyalarında orta hesabla 140,7 manat artım edilib.
Qeyd olunan maddəyə görə, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə gəlinir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31