MTRŞ-ya ayrılacaq vəsait artırılır

Gələn ilin dövlət büdcəsindən Milli Televiziya və Radio Şurasına (MTRŞ) ayrılacaq vəsait artırılır. 2019-cu ilin büdcəsindən şuraya 9 milyon 280 min 21 manatın ayrılması planlaşdırılır.

Bu məbləğ 2018-ci ildəki vəsaitdən 125 min 099 manat çoxdur.

Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31