ARDNŞ "SOCAR Ukraine"da nəzarət paketini almaq hüququ əldə etdi

Ukraynanın Antiinhisar Komitəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) "SOCAR Energy Ukraine" MMC-nin nizamnamə kapitalında payını artırmaq hüququ verib ki, bu da ARDNŞ-yə MMC-nin ali idarəetmə orqanında 50 faizdən çox səs qazanmağa imkan verəcək.
Trend-in məlumatına görə, bu barədə cümə günü komitənin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd edək ki, "SOCAR Ukraine" şirkətlər qrupu 2009-cu ildən etibarən Ukraynada "SOCAR" brendi ilə fəaliyyət göstərən YDM şəbəkəsini inkişaf etdirir.
Hazırda şirkətlər qrupu 65 YDM-in aktivlərini idarə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31