QHT-lərə ayrılan vəsaitlərin vahid məlumat bazası yaradılacaq
8 Fevral 2013 15:45 İqtisadiyyatYaxın vaxtlarda Bakıda QHT Evləri, regionlarda isə QHT Resurs və təlim mərkəzlərinin yaradılması nəzərdə tutlur. \"Olaylar"İA\ Belə mərkəzlərin yaradılması 2013-2018-ci iləri əhatə edən Qeyri-Hökumət Təşkilatlarının inkişafına dair Milli Fəaliyyət Proqramında əksini tapıb. Sənəddə həmçinin dövlət büdcəsindən QHT-lər üçün ayrılan bütün növ vəsaitlərin ayrılmasını özündə əks etdirən vahid məlumat bazasının yaradılması, QHT-lərə qrant, subsidiya və sifarişlər formasında dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılması, kommersiya qurumlarının xeyriyyəçilik fəaliyyətini təsdiq edən vergi mexanizmlərinin tətəbiq olunması kimi məsələlər də özünə yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31