Tikinti sektorunda acınacaqlı vəziyyət

İşçilərin təhlükəsizliyi ilə bağlı ən acınacaqlı vəziyyət tikinti sektorunda müşahidə olunur. Bunu jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib. Onun sözlərinə görə, AHİK həm ƏƏSMN Dövlət Müfəttişliyi həm də həmkarlar təşkilatına daxil olan tikinti sektorunun təhlükəsizliyinə nəzarət edir: "Bu sahədə imkanımız daxilində problemlərin aradan qaldırılmasına çalışırıq". S.Mehbalıyev son 4 ildə işçilərin təhlükəsiz şəraitdə çalışması üçün normal şərait yaradıldığını da qeyd edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31