Azərbaycan 155 ölkə ilə ticarət əməliyyatı aparıb
7 Fevral 2013 16:02 İqtisadiyyat2012-ci ildə Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar. Bu barədə Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, xarici ticarət dövriyyəsi 43813,2 milyon ABŞ dolları təşkil edib. Onun 9652,9 milyon dolları idxalın, 34160,3 milyon dolları ixracın payına düşüb, 24507,4 milyon dollarlıq müsbət saldo yaranmıb. Qeyri-neft məhsullarının ixracı 1673,6 milyon dollar dəyərində olub və 2011-ci ilin səviyyəsini 8,4 faiz üstələyib.
Xarici ticarət əməliyyatlarının çox hissəsi (64,7 faizi) İtaliya, Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Fransa, Hindistan, İndoneziya, Almaniya və İsrail dövlətləri ilə aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31