Müəllimlərin əmək haqqı artırıla bilər - Səttar Mehbalıyev

Həmkarlar İttifaqı Təhsil Nazirliyi ilə təhsil işçilərinin əmək haqqlarının artırılması yönündə müzakirələr aparıb

Azərbaycan Həmkarlar İttifaqı Təhsil Nazirliyi ilə birgə təhsil işçilərinin əmək haqqlarının artırılması yönündə müzakirələr aparıb. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.  Onun sözlərinə görə, son 6 ildə təhsil sisteminə dövlət büdcəsindən xeyli miqdarda vəsait ayrılıb: "Buraya maddi-texniki bazanın inkişaf etdirilməsi ilə yanaşı, təhsil işçilərinin məvaciblərinin qaldırılması da daxildir". AHİK sədri rəhbərlik etdiyi təşkilatın təhsil işçilərinin əmək haqlarının artırılmasınının tərəfdarı olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31