Paytaxtın iki avtomagistral yolunda sürət həddi endirildi
5 Oktyabr 2018 11:42 İqtisadiyyatYağışlı hava şəraiti ilə əlaqədar Heyder Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Bildirilib ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almalarını tövsiyə edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31