Ərzaq malları niyə bahalaşıb? VIDEO
Ekspertlər hesab edir ki, aidiyyatı qurumlar rəqabət mühitinin yaxşılaşdırılmasına şərait yaratmalıdır
7 Fevral 2013 11:28 İqtisadiyyatBu ilin ilk ayının göstəricilərinə əsasən ərzaq məhsullarının qiymətində artım var. Bazarlarda müşahidə olunan bahalaşmadan isə alıcıları da narahat etməyə başlayıb. Bəs görəsən qiymət artımının qarşısını almaq üçün ekspertlər çıxış yolunu nədə görür?
Son bir ayda ərzaq məhsullarının qiymətində artım müşahidə olunub. Qiymət artımını Dövlət Statistika Komitəsi də təsdiqləyir. Rəsmi məlumata əsasən çörəyin, makaron məmulatlarının və bir sıra digər ərzaq məhsullarının, o cümlədən, meyvə-tərəvəzin qiymətində artım müşahidə olunub. Bazarlarda apardığımız sorğudan məlum oldu ki, alıcılar da qiymət artımını hiss ediblər.
Qiymətlərin artıdığını etiraf edən satıcılar isə bunun səbəbini müxtəlif cür izah edirlər.
Ekspertlər hesab edirlər ki, bazarlarda qiymətin tənzimlənməsi üçün aidiyyatı qurumlar inzibati nəzarət tədbirləri ilə yanaşı rəqabət mühitinin yaxşılaşdırılmasına da şərait yaratmalıdır. Amma bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətində azalma müşahidə olunur. Bu cür məhsullara düyünü, qarabaşaq yarmasını, toyuq ətini, hind toyuğunu, kərə yağını, şəkər və şəkər tozunu misal çəkmək olar.