Neft Fondu gəlirlərini açıqladı
3 Oktyabr 2018 14:27 İqtisadiyyatDövlət Neft Fondu neft və qaz layihələrindən əldə olunan gəlirləri açıqlayıb. "Olaylar" xəbər verir ki, 2001-ci ildən başlayaraq bu il oktyabrın 1-dək ötən dövrdə "Azəri-Çıraq Günəşli" (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlir 135 milyard 887 milyon ABŞ dolları təşkil edib. AÇG yatağından təkcə bu ilin 10 ayında 7 milyard 401 milyon ABŞ dolları qazanmışıq. O cümlədən, bu ilin 10 ayında "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 115 milyon ABŞ dollarına yüksəlib. 2007-ci ildən etibarən "Şahdəniz" yatağı üzrə əldə olunan ümumi gəlir 2 milyard 506 milyon ABŞ dolları olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31