Qanunsuz kolbasa istehsalı aşkar olundu

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Ruslan Şərifova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Zirvə" adlı "Servelat", "Oxotniçiy" və "Krakovskaya" kolbasalarının uyğunluq sertifikatı olmadan istehsal edildiyi müəyyənləşdirilmişdir.
Bundan başqa, istehsal olunan kolbasaların resepturalarında onların istehsalında sarımsaq, muskat və qara istiot istifadə edildiyi göstərilsə də, məhsulların etiketində onun tərkibində bu məhsulların olduğunun göstərilmədiyi aşkar edilmişdir.
Bununla əlaqədar, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən fiziki şəxs Ruslan Şərifov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31